Rusiya Azərbaycana viza tətbiq edə bilər

Rusiya Azərbaycana viza tətbiq edə bilər
“Milli maraqlarımızın müdafiəsi üçün Rusiyaya kütləvi miqrant axını olan bəzi ölkələrlə viza rejimi tətbiq edilməlidir”.APA-nın xəbərinə görə, bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiya baş nazirinin müavini Dmitri Kozak deyib. Onun sözlərinə görə, viza tətbiqi qaçılmaz prosesdir: “Çünki dünyada ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsi müxtəlifdir. Əgər biz miqrasiya axınlarını viza rejimi ilə tənzimləməsək, ölkəmizi millətlərarası münaqişələrdən qoruya bilmərik”. D.Kozakın fikrincə, bu həm də ona görə vacibdir ki, Rusiya Avropa Birliyi ilə vizasız rejim barədə danışıqlar aparır: “Bu danışıqların əsas şərti isə Rusiyanın xarici sərhədlərinin möhkəmləndirilməsidir. Əks halda, Rusiya vətəndaşlarının Avropa ölkələrində sərbəst hərəkət etməsi ilə bağlı Avropa Birliyi ilə razılıq əldə edə bilməyəcəyik”.ANN.Az

Xəbər lenti