Runi Məsut Özili tərifləyib göylərə qaldırdı

Runi Məsut Özili tərifləyib göylərə qaldırdı

“Mançester Yunayted”in hücumçusu Ueyn Runi yoldaşlıq oyununda qarşılacaqları Almaniya millisinin və “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, Runi türk əsilli alman futbolçunun heyrətamiz oyun sərgilədiyini bildirib.

“O, çox ağıllı futbolçudur. Özili meydanın bir yerində görmək mümkünsüzdür. O, daim hərəkətdədir. Özilin həm pas ötürmək, həm də ki, qol vurmaq bacarığı var. Özil heyrətamiz futbolçudur. Bu oyun bizim üçün çox gözəl bir sınaq olacaq”.

Qeyd edək ki, İngiltərə ilə Almaniya arasında baş tutacaq görüş 19 noyabrda “Uembli” stadionunda keçiriləcək.

Qol.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti