Roma papası şiələrin imamını xatırlatdı

Roma papası şiələrin imamını xatırlatdı
Roma papası Frantsisk adi keşiş paltarı geyinərək tez-tez Vatikandan gedir və evsiz-eşiksizlərə pul paylayır.Gün.Az “The Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə Vatikanın xeyriyyə ianələrinin köçürülməsi üçün məsuliyyət daşıyan polşalı arxiyepiskop Konrad Krayevskinin müsahibəsindən sonra məlum olub.“Əgər mən papaya desəm ki, axşamlar evsizlər və ya hər hansı bir iş üçün hansısa mərkəzə getdiyimi desəm, 100% bilirəm ki, o, mənimlə getmək istəyəcək”, - deyə Krayevski bildirib.Eyni zamanda, “papa Vatikandan heç qaçırmı?” sualına arxiyepiskop cavab verməkdən imtina edib.Vatikanı qoruyan isveç qvardiyası öz növbəsində papanın tez-tez müqəddəs kürsünü tərk etdiyini və Romanın küçələrində gəzişməyə getdiyini təsdiq edib.Papa Frantsisk doğma Argentinada Buenos-Ayresin kardinalı olan zaman gecələr tez-tez şəhərə çıxar, evsizləri axtarıb taparaq söhbət edər və onlara yemək alardı.Qeyd edək ki, İslamın 4-cü xəlifəsi və şiə müsəlmanların birinci İmamı Əli əleyhissalam da, xəlifə olan zaman gecələr Kufə şəhərinə çıxar və fəqir-füqəraya əl tutardı.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti