Robert Şer: “CQD çox böyük, mürəkkəb və cəsarətli layihədir”

Robert Şer: “CQD çox böyük, mürəkkəb və cəsarətli layihədir”
"Cənub Qaz Dəhlizi (CQD) çox böyük, mürəkkəb və cəsarətli bir layihədir. Vaxtında və büdcə çərçivəsində tamamlanacağını düşünmək çox diqqətəlayiqdir”.

APA-nın xəbərinə görə, bunu "BP America”nın Beynəlxalq əlaqələr üzrə rəhbəri Robert Şer Böyük Xəzər Regionunda Cənub Qaz Dəhlizinin tamamlanması və enerji bazarının gələcəyinə dair müzakirədə deyib.

"Layihənin bu qədər uğurlu olmasının beş səbəbi var: enerji tədarükünün şaxələndirilməsi üçün açıq iş, özəl və dövlət sektorları arasında sıx koordinasiya, yüksək səviyyəli texniki təcrübə, aydın öhdəlik və hədəflər və ölkələr arasında tərəfdaşlıq”, - deyə R. Şer vurğulayıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti