Robert Prosineçki: "Xorvatiyanın Azərbaycanı çətinliklə məğlub etdiyini gördüm"

Robert Prosineçki:
"Asan qarşılaşma yoxdu. Qazaxıstanın Şotlandiyaya qalib gəldiyini, Xorvatiyanın Azərbaycanı çətinliklə məğlub etdiyini və qətiliklə asan rəqibin olmadığını gördüm".

Ann.az xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki "AVRO-2020"nin seçmə mərhləsinin I turunda evdə Ermənistanla matçdan əvvəl keçirilən mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis çətin bir oyun gözlədiklərini, lakin üç xal qazanacaqlarına inandıqlarını söyləyib. Prosineçki bildirib ki, seçmə mərhələyə qələbə ilə başlamaq çox vacibdi: "Komandada yaxşı atmosfer var. Millətlər Liqası vasitəsilə lazım olan özünəinamı təmin etmişik".

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. 

www.ann.az

Xəbər lenti