Rio de Janeyroda silahlı şəxs sərnişin avtobusunu girov götürüb

Rio de Janeyroda silahlı şəxs sərnişin avtobusunu girov götürüb
Braziliyanın paytaxtı Rio de Janeyroda silahlı şəxs sərnişin avtobusunu ələ keçirib.

Ann.az xəbər verir ki, girov hadisəsinə görə Rio Niteroy körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb. Özünü polis zabiti kimi təqdim edən cinayətkar əvvəlcə avtobusa yanan cism atıb, daha sonra isə avtobusa daxil olaraq sərnişinləri girov götürüb. 

Son məlumata görə, 3 qadın və 2 kişi azad edilib, 17 nəfər isə hələ də girov saxlanılır.

Hadisəni törədənin şəxsiyyəti və motiv barədə hələlik məlumat yoxdur. Əraziyə xüsusi təyinatlılar cəlb edilib, sərnişinlərin azad edilməsi üçün danışıqlar aparılır.

www.ann.az

Xəbər lenti