Riberi: "Yeni mövsümə hazır deyiləm"

Riberi:
"Bavariya"nın futbolçusu Frank Riberi gələn ay başlayacaq Almaniya Bundesliqasının ilk turlarında oynaya bilməyəcək.

ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu barədə fransalı futbolçunun özü məlumat verib.

Mart ayında zədələnən Riberi mövsümün startına qədər hazır olmayacağını bildirib: "İlk dəfədir ki, belə uzun müddət ağrı hiss edirəm. Yaşıl meydanlara nə zaman qayıdacağımı bilmirəm. Ancaq formamı bərpa etmək üçün mənə vaxt lazımdır. Əlimdən gələn hər şeyi edəcəm, ancaq mövsümün startına hazır olmayacam".

Qeyd edək ki, Bundesliqada 2015/2016 mövsümü avqustun 14-də başlayacaq.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti