Rezidenturaya qəbul olunanların qeydiyyatı başladı

Rezidenturaya qəbul olunanların qeydiyyatı başladı
Səhiyyə Nazirliyi 2015/2016-cı tədrisi ili üçün rezidenturaya qəbul olunan şəxslərə müraciət edib.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslər iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, Ali tibb təhsili haqqında sənəd (diplom) və onun surətini iyulun 22-dən iyulun 28-dək Səhiyyə Nazirliyinə (Akad. M.Mirqasımov küç. 1A, Elektron Səhiyyə) təqdim edərək, nazirliklə "Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni imzaladıqdan sonra qeydiyyatdan keçməlidirlər.
 
Nazirlikdən onu da bildiriblər ki, rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti