Rəsulzadənin nəvəsi prezidentə şikayət edəcək

Rəsulzadənin nəvəsi prezidentə şikayət edəcək
“Prezidentə müraciət edəcəyəm”. Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidenti Rəis Rəsulzadə Modern.az saytına açıqlamasında belə deyib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılardan olan babası Məhəmməd Əmin Rəsulzadəyə qarşı biganəlik hələ də davam edir. Onun babasının ev muzeyinin yaradılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciət cavabsız qalıb.“Məsələ ilə bağlı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya müraciət etməyi düşünürəm”, – deyə Rəis Rəsulzadə bildirib.Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi muzeyin yaradılması üçün hələ ki, hökumətin qərar vermədiyini və muzeyin yaradılması haqqında hökumətin qərar verməli olduğu bildirilib. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti