Rəsulzadənin nəvəsi İlham Əliyevə məktub yazdı

Rəsulzadənin nəvəsi İlham Əliyevə məktub yazdı
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə prezident İlham Əliyevə məktub yazıb.Modern.az saytının xəbərinə görə, Rəis Rəsulzadə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı verdiyi sərəncama görə İlham Əliyevə minnətdarlığını bildirib. Məktubda deyilir:“Hörmətli cənab Prezident!Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı verdiyiniz Sərəncama görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sərəncam bütün Azərbaycan xalqının sevincinə səbəb oldu. Bu, Sizin mənəviyyatımıza, mədəniyyətimizə, tarixi-dövlətçilik ənənələrimizə, istiqlal ideyalarına verdiyiniz bir töhfədir.1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyev cənabları tərəfindən M.Ə.Rəsulzadənin 110 illik yubileyi ilə əlaqədar Sərəncam verilmişdir. Yenidən belə bir Sərəncam imzalanması sevindiricidir. Bu, Xalq Cümhuriyyətinin banilərinə verilən layiqli qiymətdir.Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan respublika bu gün müstəqil dövlət kimi dünya miqyasında öz layiqli yerini tutmuşdur.Qüdrətli Azərbaycan dövləti quruculuğunda istiqlal ideyalarına sadiq olduğunuz üçün, ali dövləti fəaliyyətinizdə, xalqımızın və dövlətimizin gələcək inkişafı naminə apardığınız siyasətdə Sizə uğurlar, möhkəm cansağlığı, doğma Azərbaycanımızın daha da qüdrətlənməsində yeni nailiyyətlər arzulayıram.Dərin hörmətlə, Rəis Azər oğlu Rəsulzadə M.Ə.Rəsulzadənin nəvəsi”.

Xəbər lenti