Restoranda pitondan hazırlanmış yemək verilir

Restoranda pitondan hazırlanmış yemək verilir

Florida ştatının Fort-Moyers bölgəsindəki restoranda müştərilərə piton ətindən hazırlanmış, içində qurbağa ayaqları və timsah ətindən sosiska olan pizza təklif edilir. 

ANN.Az-ın "Lenta.ru"ya istinadən xəbərinə görə, yeməyin qiyməti 45 dollardır. Qiymətin belə çox olmasına səbəb piton ətinin baha olmasıdır. 

Müəssisənin rəhbəri Evan Daniellanın sözlərinə görə, ətraf bölgələrdə piton ilanlarının çoxalmasından sonra, onun ağlına piton ətindən hazırlanmış pizza hazırlamaq fikri gəlib. 

Restoranda artıq piton ətindən hazırlanmış 150 pizza satılıb. Müştərilərin pitonlu pizzanın dadı barədə fikirlərinin necə olduğu məlum deyil. Restoranın müdiri qeyd edib ki, ekzotik ətdən hazırlanmış yeməyi çox yavaşca yemək lazımdır. 

Əvvəllər də dünyanın müxtəlif ölkələrində qeyri-adi pizza növləri hazırlanıb. Bir neçə il öncə britaniyalı baş-aşpaz Hestor Blyumental uşaqlar üçün cücüdən hazırlanmış pizza hazırlamışdı. Avstraliyanın da kafelərinin birində müştərilərə cücüdən hazırlanmış yeməklər təklif edilirdi. 

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti