Rejissor Tofiq Kazımovun 90 illik yubileyi qeyd olunacaq

Rejissor Tofiq Kazımovun 90 illik yubileyi qeyd olunacaq
Noyabrın 18-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə İ.Əbilov adına mədəniyyət mərkəzində Xalq Artisti, rejissor Tofiq Kazımovun 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.
Mərkəzdən AzərTAc-a bildirmişlər ki, tədbirdə tanınmış ədəbiyyat, incəsənət və kino xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Ədəbi-bədii gecədə rejissorun çəkdiyi filmlərdən fraqmentlər nümayiş olunacaq.
ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti