Rasim Ocaqovun xatirəsi əbədiləşdirildi

Rasim Ocaqovun xatirəsi əbədiləşdirildi
Nazirlər Kabineti kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və operator, Dövlət mükafatı laureatı, alq artisti Rasim Ocaqovun xatirəsinin əbədiləşdirilməsi haqqında qərar qəbul edib.

Ann.az xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədov qərar imzalayıb və Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə Rasim Mirqasım oğlu Ocaqovun adı verilib.

Şəki Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Qeyd edək ki, Rasim Ocaqov "Tütək səsi" (1975), "Ad günü" (1977), "İstintaq" (1979), "Bağlı qapı" (1981), "Park" (1984), "Özgə ömür" (1987), "Ölsəm, bağışla" (1989), "Qətldən yeddi gün sonra" (1991), "Təhminə" (1993), "Həm ziyarət, həm ticarət" (1995), "Otel otağı" kimi məşhur filmlərin rejissoru olub.

www.ann.az

Xəbər lenti