Ramzan Kadırov Bəhreyn şeyxi ilə aviaşirkət açır

Ramzan Kadırov Bəhreyn şeyxi ilə aviaşirkət açır

Çeçenistan prezidenti Ramzan Kadırov Bəhreyn kral ailəsinin üzvü şeyx Favasam əl-Xəlifə ilə birgə aviaşirkət yaradır. ANS PRESS-in məlumatına görə, şeyxlə planları barədə Kadırov özünün instagram səhifəsində məlumat verib. O, həmçinin aviasiya şirkəti ilə bağlı planları müzakirə edərkən çəkilmiş dörd nəfərin əhatəsində oturduğu şəkli paylaşıb. 

Çeçistan lideri qeyd edir ki, Səudiyyə Ərəbistanının “Ara” aviaşirkətinin yaradıcısı olan Favasam əl–Xəlifə özü ona birlikdə şirkət yaratmağı təkilf edib. Bundan əlavə, artıq Qroznu aeroportunda yeni naviqasiya sistemlərini quraşdırmaq və mütəxəssisləri təlim keçmək üçün xaricə göndərməklə bağlı tərəflər arasında razılıq da əldə olunub.

Ramzan Kadırovun sözlərinə görə, bu, Amerika Birləşmiş Ştatları, Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, İndoneziyaya yeni təyyarə marşrutları açmağa, aviaparkı təzə təyyarələrlə yeniləməyə və Qroznu hava limanını beynəlxalq tranzit mərkəzə çevirilməyə kömək edəcək”.

Kadırov həmçinin bildirib ki, yeni layihə ilə bağlı əməkdaşlıq müqaviləsi yaxın günlərdə imzalanacaq. Bəhreyndən olan nümayəndə heyətinin Çeçenistana noyabrın sonuna kimi gələcəyi gözlənilir. Bundan əlavə, Çeçenistan liderinin də yaxın zamanda Bəhreyn krallığına səfəri gözlənilir. 

ANS PRESS

Xəbər lenti