Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 17 nəfər cərimələndi (FOTO)

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 17 nəfər cərimələndi (FOTO)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha bir neçə şəxs cəzalandırılıb.

Qaynarinfo xəbər verir ki, 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.

Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə cərimə ediliblər.

Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
 




 

Tərəfdaşların xəbərləri

Xəbər lenti