Aslan İsmayılov: “Ramiz Mehdiyev, Siyavuş Novruzov Azərbaycana yalanı gətirən adamlardır” (YENİLƏNİB/VİDEO)

Aslan İsmayılov: “Ramiz Mehdiyev, Siyavuş Novruzov Azərbaycana yalanı gətirən adamlardır” (YENİLƏNİB/VİDEO)
Ramiz Mehdiyev, Siyavuş Novruzov Azərbaycan cəmiyyətinə yalanı, riyakarlığı gətirən adamdır. 

Bu sözləri Baku TV-də yayımlanan "Təkbətək” verilişində qonaq olan hüquqşünas Aslan İsmayılov deyib.

O bildirib ki, S.Novruzovun hüquqdan anlayışı yoxdur: "Siyavuş Novruzov deputatlıq mandatını özbaşınalıq kimi görür və bu gündən sonra da görmək istəyir. Düşünür ki, deputatdırsa, istədiyini edə bilər”. 

Hüquqşünas qeyd edib ki, deputatın fəaliyyəti Milli Məclislə bağlı deyilsə, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə karantin qaydalarını pozduğu üçün cərimə oluna bilər. 

A.İsmayılov qeyd edib ki, "S.Novruzov və R.Mehdiyev olan yerdə mən qanunu xırdalamağa vaxtımı sərf etmək istəmirəm”.

 
 16.01.2021 19:14
 
Baku TV-nin efirində yayımlanan "Təkbətək” verilişində bəzi məmurların özbaşınalıqları müzakirə olunacaq. 

Aparıcı Teymur Əliyevin budəfəki qonaqları hüquqşünas Aslan İsmayılov və Unikal.org saytının baş redaktoru Zaur Əhməd olub.

 "Azərbaycanda jurnalistlərə verilən evlərdə jurnalistlərin xəbəri olmadan təmir-tikinti işləri zamanı "juçok”lar yerləşdirilib”, - bu iddia ilə verilişdə Aslan İsmayılov çıxış edib. 

"Təkbətək”in yeni buraxılışının anonsunu təqdim edirik:

Veriliş 17 fevral saat 11:00-da Baku TV tərəfindən yayımlanacaq. 

"Təkbətək”in yeni buraxılışına aşağıda təqdim edilən linkdən izləyə bilərsiniz:


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti