Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi

Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov kadr dəyişikliyi ilə bağlı əmr imzalayıb.

Ann.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Usubovun əmri ilə Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəis müavini, polis mayoru Vüqar Abdullayev vəzifəsindən azad edilərək Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, V.Abdullayev Baş Prokurorun birinci müavini Rüstəm Usubovun kürəkənidir.

www.ann.az

Xəbər lenti