Qvardiyaçının İlham Əliyevin qarşısındakı qeyri-adi hərəkəti – Video

Qvardiyaçının İlham Əliyevin qarşısındakı qeyri-adi hərəkəti – Video

Özünü itirməyən kapitan heç nə olmamış kimi mərasimi lazımı şəkildə sona çatdırıb.

Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərçivəsində Kiyevdə qarşılanması zamanı maraqlı anlar yaşanıb.

ANN.Az Publika.az-a istinadən xəbər verir ki, bugün İlham Əliyevin təntənəli qarşılanma mərasimi zamanı Ukraynanın prezident fəxri qarovul xidmətinin kapitan rütbəli zabiti əlində qılıncla müvafiq təmrinləri yerinə yetirərkən hərbi papağını yerə salıb.

Buna baxmayaraq özünü itirməyən zabit heç nə olmamış kimi  mərasimi lazımi şəkildə sona çatdırıb.

Azərbaycan prezidenti İlham Əliyev bu mənzərəyə xeyli təəccüblənib. Ukrayna prezidenti isə sadəcə gülümsəyib.

Həmin videogörüntüləri təqdim edirik.

ANN.Az

Xəbər lenti