Qurbanlıq ətin qiyməti neçəyədir? (VİDEO)

11 Avqust 2019, 13:02
11 Avqust
2019
13:02
377
Hər il Qurban bayramı ərəfəsində ətin qiymətinin bahalaşmasına qarşı tədbirlər görülür, aidiyyəti qurumlar tərəfindən qiymət bahalığının müşahidə edilməyəcəyi barədə vədlər verilir. Amma bahalaşma faktlarına yenə də rast gəlinir. Və elə hər il də həmin qurumlar bunun "işbazlar” tərəfindən süni şəkildə yaradıldığını bildirir”.
Yenə bayram ərəfəsindəyik. Kameramızı, mikrofonumuzu götürüb paytaxt bazarlarına baş çəkmək qərarına gəldik. Məqsədimiz bayram ərəfəsində qiymətləri öyrənməkdir. Başlayaq… Hazırda qoyun ətinin 1 kiloqramı 10-12 manat arası, quzu ətinin 1 kiloqramı isə 13-13 manat 50 qəpiyə satılır. Satıcılar qiymətlərin bahalaşmayacağını bildirir: "Qoyun əti 10 manat 50 qəpiyə, 11 manata təklif edilir. Quzu əti 13 manata satılır. Aşağı olar ki, yuxarı olmaz. Bu il heyvan boldur, qiymətlər aşağı olacaq. 13-13 manat 50 qəpik arasında olar. Heyvanları öz rayonlarımızdan - Bərdədən, Beyləqandan, Azərbaycanın hər yerindən gətirmişəm. Öz məhsullarımızdır. Allah qoysa, bolluq olacaq”.
"Dana əti 11 manat, quzu əti 13 manat 50 qəpikdir. Bizdə hamısı yerli maldır. Ən çox Bərdə və Beyləqan rayonlarından gətiririk. Qiymət artımı yoxdur. Süni qiymət artımı da olmayacaq. İndi də müşahidə olunmur”.
Qiymət artımının qarşısını almaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tədbirlər görür. Bunlardan biri də "Kənddən şəhərə" layihəsidir. Bu layihə çərçivəsində paytaxtda və regionlarda satış yarmarkaları təşkil ediləcək:
"Ölkə üzrə 30 nöqtədə belə yarmarkaların təşkili nəzərdə tutulub. Bunlardan 19-u paytaxtda təşkil olunacaq. Artıq yarmarka keçiriləcək ərazilərin siyahısı ictimaiyyət üçün açıqlanıb. Yarmarkalara təxminən 20 minə yaxın qurbanlıq qoyunun çıxarılması nəzərdə tutulur. Çəkisindən asılı olaraq bizim yarmarkalardakı heyvanlar vətəndaşlara 160, 170, 180 manata təklif olunacaq. Bazara bu miqdarda əlavə heyvanın çıxarılması təbii ki, süni qiymət artımının qarşısını alacaq”.
Vətəndaşların qurbanlıq heyvanları çəkisindən asılı olaraq standart qiymətlərə əldə edəcək. Başqa yeniliklər də var: "Bu qurban bayramında ikinci bir yenilik bizim "Kənddən şəhərə” yarmarkalarında satılacaq qurbanlıq qoyunların "onlayn” növbə sistemi ilə əvvəlcədən sifariş edilə bilməsidir. Vətəndaşlar uzun-uzun növbələrdə gözləməmək üçün Aqrar Tədarük və Təchizat ASC-nin saytında "Kənddən şəhərə”, bizim brendin saytına daxil olaraq oradan qurbanlıq bölümündən ünvanlarını qeydə edə və qurbanlıq heyvanları sifariş edə bilər. Qurban bayramı günü konkret məntəqələrə yaxınlaşıb öz qurbanlıq heyvanlarını kəsilmiş şəkildə təhvil ala bilərlər”.
Hər il müşahidə olunan daha bir ənənəvi problem - qurbanlıq heyvanların anti-sanitar formada kəsimi. Qida Təhlükəsizliyi Agentliyinin Baytarlıq Nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev bu il belə hallara qarşı ciddi tədbirlər görüləcəyini bildirdi: "Bizim apardığımız tədbirlər ondan ibarətdir ki, heyvanın kəsimi ancaq xüsusi ayrılmış yerlərdə həyata keçirilsin. Ümumi qayda olaraq nəzərdə tutulmayan yerlərdə baytar-sanitar tələblərinə, gigiyenik tələblərə cavab verməyən yerlərdə heyvan kəsimini həyata keçirilməsi qadağandır. Həm Bakı şəhərində, həm digər şəhər və rayonlarda xüsusi reydlər, tədbirlər həyata keçirilir”.
Normalara əməl etməyənləri isə ciddi cəzalar gözləyir: "Qeyd edim ki, bu işdə bizim həm İcra Hakimiyyəti orqanlarının, həm DİN-in müvafiq təşkilatları ilə, həm də Kənd Təsərrüfatı Nazirliyi ilə birgə fəaliyyətimiz mövcuddur. Məqsəd də ondan ibarətdir ki, yol kənarlarında, nəzərdə tutulmayan yerlərdə heyvanın kəsilməsi həyata keçirilməsin. Belə hallar baş verdikdə qanunvericiliyin imkan verdiyi səviyyədə onlara qarşı mübarizə aparılacaq”.
Xatırladaq ki, bu il avqustun 12 və 13-də qeyd olunacaq Qurban bayramının təşkilinə nəzarəti 3 qurum, Kənd Təsərrüfatı Nazirliyi, AQTA və DİN birgə həyata keçirəcək.
Mənbə: APA TV
www.ann.az
Xəbər lenti
-
10:23Qusarda "RUS AZERİ SPİRİTS” zavodu açıldı (FOTOLAR)
-
13:57Yevda Abramov dəfn edildi (YENİLƏNİB/FOTO/VİDEO)
-
12:56Sabaha gözlənilən hava proqnozu
-
10:59Azərbaycanda səs-küyün, titrəyişin çox olduğu şəraitdə işləyənlərin sayı çoxalıb
-
10:27Cəbhədə vəziyyət necədir?
-
10:16Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
-
14:46MSK seçkilərlə bağlı qərar verdi: Təşviqat nə vaxt başlayacaq? (YENİLƏNİB)
-
13:09Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq
-
13:04"Azercell" ilə Nəsimi irsindən zövq al
-
12:47Məzahir Pənahov: "Bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi..."
-
10:37İcra Hakimiyyətində yeni təyinat
-
09:59Yevda Abramovun dəfn ediləcəyi yer açıqlandı
-
09:56Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
-
19:56Könüllülər üçün konsert keçirildi (FOTO)
-
16:58İstirahət günlərinin hava proqnozu
-
15:37Prezident və birinci xanım Şamaxıda ağac əkdi (YENİLƏNİB/FOTO)
-
14:31Yunis Səfərovun cinayət işi məhkəməyə göndərildi
-
13:39Şənbə günü hava necə olacaq?
-
12:28Sabah MSK-nın Milli Məclisə növbədənkənar seçkilərlə bağlı iclası keçiriləcək
-
11:17Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri keçiriləcək
-
11:14Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı
-
10:49Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı qərar
-
10:22Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün ölkədə 650 min ağac əkiləcək
-
18:30Prezident Şamaxıda səfərdədir (FOTO)
-
16:39Növbədənkənar parlament seçkilərinin vaxtı bilindi (SƏRƏNCAM)
-
16:27Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
-
15:58Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatıb - FAKTİKİ HAVA
-
14:24ATƏT sədrindən Qarabağda müharibə anonsu: "Təhlükə hələ də var"
-
13:52Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
13:47Azərbaycan Rusiyaya turist səfərlərinə görə TOP-5-də yer alıb
-
13:45DİM sədri: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"
-
12:53Sabahın hava proqnozu açıqlandı
-
12:03Azərbaycanlı qadın İsveçdə deputat oldu (FOTOLAR)
-
11:22Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxladı (VİDEO)
-
11:11Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyuldu
-
10:40Mədət Quliyev generala vəzifə verdi
-
10:38Yeni icra başçısından təyinat (FOTO)
-
10:35Azərbaycan nefti kəskin bahalaşdı
-
18:41Hərbi qulluqçumuz vəfat etdi
-
16:45İlham Əliyev yeni icra başçılarını qəbul etdi (FOTO)
-
16:17Mehriban Əliyeva Xalq artistinin evində qonaq olub (FOTOLAR)
07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019
Digər xəbərlər
-
Cəmiyyət, Vİdeo, Qaynari.nfo
Bakıda beton panellərdən tikilən binalar söküləcək? (VİDEO)
-
Cəmiyyət, Vİdeo
Bakıda tutuquşuların buraxıldığı parkdan VİDEOREPORTAJ
-
Cəmiyyət, Vİdeo
Daim 23 yaşında qalacaq Albert Aqarunov (VİDEO)
-
Cəmiyyət, Vİdeo
Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin evini təmir etdirir (VİDEO)
-
Cəmiyyət, Vİdeo
Şəhid qızı: "Mehriban Əliyeva son iki ayda mənə iki böyük yaxşılıq edib" (VİDEO)
-
Cəmiyyət, Vİdeo
Azərbaycan Ordusu yeni silahları sınaqdan keçirir (VİDEO)
-
Cəmiyyət, Vİdeo, Qaynari.nfo
Türkiyəli tanınmışlardan Azərbaycan Dövlət Bayrağı Günü təbriki (VİDEO)
-
Cəmiyyət, Vİdeo
Mehriban Əliyeva Qarabağ əlilinin həbs qoyulmuş evini özünə qaytardı (VİDEO)
-
Cəmiyyət, Vİdeo
Ali Özoğlu Bəyaz Hərəkatda yer aldı (VİDEO)