Qurban Qurbanov: Komandamdan razı qaldım, nəticədən yox

Qurban Qurbanov: Komandamdan razı qaldım, nəticədən yox
Komandam çox istəyirdi qalib gəlsin. Təəssüf ki, biz istədiyimiz kimi olmadı

Oxu.Az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Biz yaxşı müdafiə olunan yüksək səviyyəli komandaya qarşı oynadıq. 

Nəticədən razı qalmasam da, oyundan məmnunam. Mən komandama heç vaxt zəif demərəm. 15 yaşlı oyunçularla çıxış etsək də, komandamı zəif saymaram.

Mən meydançada zəif oyunçu görmədim. Hər biri mübarizə apardı. Nəzərə almaq lazımdı ki, rəqib də güclü "Seltik” idi. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti