Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçildi

Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçildi
İdman Araşdırmalar Mərkəzi tərəfindən keçirilən sorğunun nəticələri açıqlanıb.

ANN.Az Qaynar.info-ya istinadən xəbər verir ki, ilin ən yaxşı məşqçisi nominasiyasında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib gəlib.

İlin baş məşqçisi adı ilə yanaşı Q.Qurbanov "mütləq qalib” nominasiyasında da birinci yeri tutub. Bu istiqamətdə mütəxəsis mümkün 41 səsin hamısını toplayıb. Bu mükafatı Q.Qurbanova Azərbaycanı peşəkar boks arenasında təmsil edən Fariz Məmmədov təqim edib. İAM-ın keçirdiyi sorğu nəticəsində aşağıda qeyd olunan 8 nominasiya üzrə qaliblər müəyyənləşib:

1. İlin idman xadimi: Azad Rəhimov (Gənclər və idman naziri, "Bakı-2015" I Avropa Oyunlarının baş icraçı direktoru)
2. İlin yerli idmançısı: Hacı Əliyev (sərbəst güləş üzrə Avropa və dünya çempionu)
3. İlin yerli futbolçusu: Qara Qarayev ("Qarabağ")
4. İlin əcnəbi idmançısı: Riçard Almeyda ("Qarabağ")
5. İlin komandası (kollektiv idman növləri üzrə): "Qarabağ"
6. İlin baş məşqçisi (bütün idman növləri üzrə): Qurban Qurbanov ("Qarabağ")
7. İlin idman jurnalisti: Natiq Muxtarlı ("Komanda" qəzeti)
8. İlin mətbuat katibi: Nurlan İbrahimov ("Qarabağ")

ANN.Az

Xəbər lenti