Qurban Qurbanov: "Futbolçularımızın üzərinə gediləsi deyil"

Qurban Qurbanov:
"Biz də sizin kimi üzülürük. Qalib gəlməyi çox istəyirdik. Lakin bizim üçün o qədər də asan olmadı. Xeyli qol epizodumuz oldu. Ancaq rəqibin qapımıza gedən bir zərbəsi qol oldu".

Ann.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Ukraynanın "Vorskla" klubuna 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının III tur matçından sonra mətbuat konfransında deyib. 

Baş məşqçi qol imkanlarından yararlana bilmədiklərini bildirib: "Futbolçularımız belə oyunlarda meydanda düşünməli və hücumları düzgün qurmalıdılar. Oyunun gedişində bəzi düşündüyümüz hücumlar alındı. Sadəcə, qol epizodlarından yararlana bilmədik. Rəqib isə bir zərbədən yararlandı. Lakin futbolçularımızın üzərinə gediləsi deyil. Çox sıx qrafiklə gedirik.  Bu cür qrafikdə oynamaq futbolçuları yorur. Bəlkə də ustalıq səviyyəsi çatmır. Dünən "Atletiko”nun 0:4 məğlub olduğu oyuna baxırdım. Yəqin razılaşarsınız ki, nəticə oyuna görə deyildi. Belə hallarda futbolçulara bildirmişəm ki, alınmayanda, daha çox çalışmalısan. Bu oyunu unutmalı və qarşıdakı oyunlara hazırlaşmalıyıq".

Qurbanov "Buraxılan qolda qapıçının səhvi daha çox idi, yoxsa müdafiənin" sualına belə cavab verib: "Görünən budu ki, top 30 metrlikdən vurulmuşdu. Bu cür topları qapıçı tutmalıdı. Nə qədər diqqətli olsan da, rəqib müəyyən anlarda qol epizodu yaradır. Ancaq bu cür səhvləri ilk dəfə deyil görürük".

www.ann.az

Xəbər lenti