"Zenit" "Atletiko"ya, "Broussiya" "Napoli"yə qarşı

"Zenit" "Atletiko"ya, "Broussiya" "Napoli"yə qarşı
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start veriləcək.Qol.Az-ın məlumatına görə, ilk oyun gününə 8 qarşılaşma nəzərdə tutulub.E qrupunun lideri "Çelsi" klubu səfərdə "Bazel"in qonağı olacaq. Digər oyunda isə "Styaua" klubu evdə "Şalke"ni qəbul edəcək.F qrupunda "Arsenal" klubu doğma meydanda "Marsel"lə qarşılaşacaq. Almaniyada isə "Borussiya" (Dortmund) klubu öz meydanında "Napoli" ilə münasibətlərinə aydınlıq gətirəcək.G qrupunun ilk oyununda Madrid "Atletiko"su Rusiyada "Zenit"in qonağı olacaq. Digər görüşdə isə "Porto" doğma azarkeşləri önündə "Avstriya"nı sınağa çəkəcək.H qrupunda lider "Barselona" klubu Hollandiyada "Ayaks"la qarşılaşacaq. Şotlandiyada isə "Seltik" klubu öz meydanında "Milan"la münasibətlərinə aydınlıq gətirəcək.Qeyd edək ki, ÇL-də V turun oyunlarına sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.26 noyabrÇempionlar Liqasının qrup mərhələsi, V turE qrupu23:45. "Bazel" (İsveçrə) - "Çelsi" (İngiltərə) 23:45. "Styaua" (Rumıniya) - "Şalke" (Almaniya)F qrupu23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Napoli" (İtaliya)  23:45. "Arsenal" (İngiltərə) - "Marsel" (Fransa)G qrupu21:00. "Zenit" (Rusiya) - "Atletiko" (Madrid, İspaniya) 23:45. "Porto" (Portuqaliya) - "Avstriya" (Avstriya)H qrupu23:45. "Seltik" (Şotlandiya) - "Milan" (İtaliya) 23:45. "Ayaks" (Hollandiya) - "Barselona" (İspaniya)27 noyabrA qrupu23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Sosyedad" (İspaniya)  23:45. "Bayer" (Leverkuzen) - "Mançester Yunayted" (İngiltərə)B qrupu23:45. "Yuventus" (İtaliya) - "Kopenhagen" (Danimarka)  23:45. "Real" (Madrid, İspaniya) - "Qalatasaray" (Türkiyə) C qrupu23:45. "Anderlext" (Belçika) - "Benfika" (Portuqaliya)  23:45. PSJ (Fransa) - "Olimpiakos" (Yunanıstan)D qrupu21:00. CSKA (Moskva, Rusiya) - "Bavariya" (Almaniya)  23:45. "Mançester Siti" (İngiltərə) - "Viktoriya" (Çexiya) ANN.Az

Xəbər lenti