"Terrorçunun məhz Paşa olduğuna inanmıram”

"Terrorçunun məhz Paşa olduğuna inanmıram”

"Terrorçunun məhz Paşa olduğuna inanmıram”
Bu suallara cavab verməkdən yorulmuşam. Hələ bilmək olmaz. Onun DNK analizinin nəticəsi açıqlanmayana qədər terrorçunun məhz Paşa olduğuna inanmıram”.Bunu açıqlamasında bu gün Volqoqradda trolleybusu partlatmaqda ittiham olunan Pavel Peçenkinin atası Nikolay Peçenkin bildirib.Nikolay Peçenkinin dediyinə görə, artıq ondan qan analizi götürülüb.Lent.az-ın “Oğlunuz nə vaxt evdən çıxıb yaraqlılara qoşulub?” - sualına Nikolay Peçenkin qısa cavab verib: “Təxminən il yarım əvvəl evdən çıxıb. Sonra öyrəndik ki, Dağıstandadır. Bundan əlavə heç nə deməyəcəm”.

Xatırladaq ki, bu gün 14 nəfərin ölümü, 28 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədən şəxsin Rusiyanın Voljsk şəhər sakin Pavel Peçenkin olduğu müəyyənləşib.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

Pavel Peçenkinin bədəninin hissələri toplanaraq ekspertizaya göndərilib.

Onu da qeyd edək ki, Peçenkin yaraqlılara qoşulandan sonra Ansar-əl Rusi adı ilə tanınırdı. Lent.Az

Xəbər lenti