"Rafiq Tağı Mükafatı" təqdim olunacaq

"Rafiq Tağı Mükafatı" təqdim olunacaq
23 noyabr 2013-cü il tarixində yazıçı – publisist Rafiq Tağının vəfat etməsinin ikinci ili tamam olacaq. 
Rafiq Tağı 2011-ci ilin 19 noyabr tarixində sui-qəsdə məruz qalıb və 23 noyabr tarixində vəfat edib.
Dalğa Gənclər Hərəkatı 2012-ci ildə yazıçının xatirəsini əbədiləşdirmək məqsədi ilə “Rafiq Tağı Mükafatı” təsis edib. Ötən il bu mükafata Azərbaycan cəmiyyətinin aydınlaşması istiqamətində göstərdikləri xidmətə görə Ağalar Məmmədov, Elnur Astanbəyli və Seymur Baycan layiq görülüb. 
Dalğa Gənclər Hərəkatı ənənəyə sadiq qalaraq bu il də daha 4 nəfəri “Rafiq Tağı Mükafatı” ilə təltif edəcək. 
Mükafatın sahiblərinin adı 23 noyabr 2013-cü il tarixində saat 15:00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnistutunun mətbuat zalında açıqlanacaq. 
Mükafatın təqdimetmə mərasimi açıq keçiriləcək və hər kəs dəvətlidir. 
Ünvan: Səbail rayonu, Rəşid Behbudov küçəsi 8. (Sahil Bağının yanı)
Tel: (051) 8464422
Qeyd edək ki, 23 noyabr 2013-cü il tarixində saat 12:00-da Rafiq Tağının məzarı ziyarət olunacaq.
ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti