"Qalatasaray" transfer "bomba"sı hazırlayır

"Qalatasaray" transfer "bomba"sı hazırlayır

"Qalatasaray"ın baş məşqçisit Robert Mançini, deyəsən, Türkiyədə mövsümün transfer "bombasını partlatmaq" niyyətindədir.Milli.Az Sunday Telegraph-a istinadən bildirir ki, Mançini "Aslanlar"ın rəhbərliyinə müraciət edərək İngiltərənin "Çelsi" klubunun ulduzu Con Terrinin satın alınmasını tələb edib.Müdafiə xəttindəki problemlərinə görə çətinliklər yaşayan və sərt tənqid olunan "Qalatasaray" bu minvalla müşküldən qurtarmaq niyyətindədir.Con Terrinin "Çelsi" ilə imzaladığı müqavilənin müddəti bu mövsümün sonunda başa çatır.Terri də "Qalatasaray"ın məşhur, Çempionlar Liqasında oynadığı klub olduğunu deyərək transferi mümkün sayır."Qalatasaray" menecerləri "Çelsi"nin baş məşçqisi Joze Mourinyo ilə danışıqlara başlayıblar.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti