"Nokia" rəsmən "Microsoft"a satıldı

"Nokia" rəsmən "Microsoft"a satıldı

Şirkət 7,2 milyard dollar müqabilində "Microsoft"un tərkibinə daxil olub

Mobil telefon nəhəngi "Nokia" rəsmi olaraq "Microsoft"a satılıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, şirkət 7,2 milyard dollar müqabilində "Microsoft"un tərkibinə daxil olub.

Nokianın səhmdarları dünən axşam saatlarında satış qərarını təsdiqləyib. Səsvermə hüququna malik səhmdarların 99,7 faizi şirkətin "Microsofta" satılmasına razılıq verib. Buna baxmayaraq satış əməliyyatları 2014-cü ilin ilk rübündə tamamlanacaq.

Müqaviləyə görə "Microsoft" "Nokia"nın lisenziya və patent hüquqlarına 2,2 milyard dollar, cihazlar və xidmətlər sisteminə görə isə təxminən 5 milyard dollar məbləğində pul ödəyəcək. Ümumilikdə "Nokia"nın satış dəyəri 7,2 milyard dollar olacaq.

Razılaşmaya görə, təxminən 32 min "Nokia" işçisinin "Microsoft"a transfer olacağı bildirilir.

Qeyd edək ki, 2 ildir davam edən satın alma prosesində "Nokia" "Microsoft" ilə razılaşaraq "Windows Phone" əməliyyat sistemini telefonlarında istifadə etməyə başlamışdı. Bu razılaşmadan sonra "Nokia" "Symbian" sistemini ikinci plana ataraq yeni "Windows Phone" əməliyyat sistemi ilə mobil telefon bazarına daxil olub.

ANS PRESS

Tərəfdaşların xəbərləri

Xəbər lenti