"Marsel"i türk baş məşqçi çalışdıra bilər

"Marsel"i türk baş məşqçi çalışdıra bilər

"Fənərbaxça"nın sabiq baş məşqçisi Aykut Kocaman "Marsel"i çalışdıra bilər. 

Qol.Az-ın xəbərinə görə, bu barədə Fransa mətbuatı məlumat yayıb. 

Bildirilib ki, klub həm Çempionlar Liqasında, həm də ölkə çempionatında uğursuz çıxış etdiyi üçün rəhbərlik hazırkı baş məşqçi ilə yolları ayırmaq planlaşdırır. Marsel təmsilçisinin əcnəbi çalışdırıcı kimi ilk olaraq A.Kocamanı düşündüyü iddia edilir.

Qeyd edək ki, "Marsel" bu mövsüm Çempionlar Liqasının qrup mərhələsini sıfır xalla başa vurub.

Qol.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti