"Google"da ən çox axtarılan futbolçular - SİYAHI

"Google"da ən çox axtarılan futbolçular - SİYAHI
2013-ci ildə "Google" internet səhifəsində ən çox axtarışa verilən futbolçu və baş məşqçilərin adları məlum olub.Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, siyahıda builki "Qızıl top"u qazanmağa namizəd olan Kriştiano Ronaldo, Lionel Messi və Frank Riberinin olmaması diqqət çəkib. Bu il ən çox "Google"da axtarılan futbolçu "Tottenhem"dən "Real" (Madrid) klubuna 100 milyon avroya transfer edilən Qaret Beyl olub. "Çelsi"nin futbolçusu Villian ikinci, "Arsenal"ın ulduz oyunçusu Məsut Özil isə siyahının üçüncü pilləsində qərarlaşıb. "Mançester Yunayted"in çalışdırıcısı Devid Moyes "Google"da ən çox axtarışa verilən yeganə baş məşqçi kimi tarixə düşüb.1. Qaret Beyl ("Real" Madrid)2. Villian ("Çelsi")3. Məsut Özil ("Arsenal")4. Devid Moyes ("Mançester Yunayted"in baş məşqçisi)5. Kriştian Benitez (Ekvadorun xəstəlik səbəbindən öldüyü hücumçusu)6. Tiaqo Alkantara ("Bavariya")7. Pol Qaskoyn (İngiltərə millisinin keçmiş futbolçusu)8. Qonzalo İquain ("Napoli")9. Adnan Yanuzay ("Mançester Yunayted")ANN.Az

Xəbər lenti