"Barselona"da daha bir ciddi itki

"Barselona"da daha bir ciddi itki

İspaniyanın "Barselona" klubu daha bir ciddi itki ilə üzləşib.Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, La Liqada "Betis"lə matçda sağ dizindən zədələnən Sesk Fabreqasın ən azı bir həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu səbəbdən o, İspaniya millisinin Qvineya və CAR-la oyunu üçün heyətdən kənarlaşdırılıb.Qeyd edək ki, kataloniyalılar Messinin də xidmətindən təxminən iki ay yararlana bilməyəcək.  ANN.Az

Xəbər lenti