"Barselona" "Beşiktaş"lı ulduzu almaq istəyir

"Barselona" "Beşiktaş"lı ulduzu almaq istəyir
"Barselona" "Beşiktaş"ın portuqaliyalı ulduzu Huqo Almeydanı transfer siyahısına alıb. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə El Mundo Deportivo qəzeti məlumat yayıb. Forvard xəttinə yeni bir isim axtaran katalan klubu "Beşiktaş" ilə müqaviləsi 2014-cü ildə bitəcək Huqo Almeydanı transfer etmək niyyətinə düşüb."Barselona" transfer siyahısında “Borussiya Dortmund”un polşalı hücumçusu Robert Levandovski və “Mançester Siti”nin argentinalı futbolçusu Sergio Aquero da var. Alternativ siyahıda isə “Qalatasaray”ın təcrübəli hücumçusu Didye Droqba, Klouz və bolqar Berbatov və Huqo Almeyda da var. Bu oyunçuların ortaq özəlliyi isə klubları ilə olan müqavilələrinin 2014-cü ilin iyun ayında sona çatmasıdır.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti