"Apple" Çin smartfon bazarına çıxır

"Apple" Çin smartfon bazarına çıxır
Amerikanın "Apple"şirkəti son nəsil ay-Fon smartfonlarının Çin bazarına çıxarılması üçün bu ölkənin "China Mobile" mobil operatoru ilə razılaşma imzalayıb. ANS PRESS-in Associated Press-ə istinadən verdiyi məlumata görə, adı çəkilən mobil operatorun 760 milyona yaxın abunəçisi var. Bu isə onu dünyanın ən böyük mobil operatoru edir."Apple"ın ən son iPhone 5S və iPhone 5C modellərinin Çində satışına yanvarın 17-dən başlanılacaq.İndiyədək Çinin 1 milyard 200 milyon istifadəçisi olan smartfon bazarında "Samsung", "Lenovo" və "Coolpad" şirkətlərinin mobil cihazları lider idi. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti