"Allahla müqavilə bağlayan adam" tutuldu - HADİSƏ

"Allahla müqavilə bağlayan adam" tutuldu - HADİSƏ
Nyu-York polisi meqapolisin ən hündür körpüsü Verrazano-bricdən tullanaraq, həyatına qəsd etmək istəyən şəxsi xilas edib. İctimai əsayiş keşikçiləri həyatına qəsd etməkdə tərəddüd edən şəxsi fikrindən döndərmək üçün 1 saat yarım əlləşiblər. Nəticədə onlar faciənin qarşısını ala biliblər. ANN.Az "Vesti.ru"ya istinadən xəbər verir. "O, özünün uğursuz adam olduğunu, işdən qovulduğunu, həyat yoldaşını və iki yaşlı oğlunu dolandırmaq iqtidarında olmadığını deyirdi. Biz onu fikrindən döndərməyə çalışdıq, körpüdən tullanmaqla ailəsinin problemlərini həll edə bilməyəcəyini dedik. Xahiş etdik ki, bunu eləməsin, sonda biz güc işlətmək məcburiyyətində qaldıq", - bu sözləri ABC kanalına açıqlamasında xilasedicilərdən biri deyib. Özünə qəsd etmək istəyən kişi deyib ki, ölümdən qorxmur və "Allahla müqavilə bağlayıb". Bundan sonra polislər anlayıblar ki, onu dilə tutmaqla fikrindən daşındıra bilməyəcəklər. "Onun gözlərinə baxanda bilinirdi ki, körpüdən tullanmağa hazırdır. Bu an həmkarımlar birlikdə onun əllərindən yapışdıq, ona qandallar taxdıq və onu özümüzə zəncirlədik", -xilasedici əlavə edib. Tutulan şəxs dərhal xəstəxanaya çatdırılıb. Polis bu cür hallarda adətən tutulan şəxsin kimliyini açıqlamır. Xilas edilən şəxs haqqında bir o məlumdur ki, onun 39 yaşı var və o psixoloji problemlərdən əziyyət çəkir. ANN.Az

Xəbər lenti