Qumarbaz diplomat səfirliyi yandırdı

Qumarbaz diplomat səfirliyi yandırdı
“Yaponiyanın Koreya Demokratik Respublikasının Kinşasa şəhərində fəaliyyət göstərən səfirliyinin 30 yaşlı 3-cü katibi Sinya Yamada səfirliyin binasını yandırıb”.ANS PRESS-in “Mainichi” saytına istinadən verdiyi xəbərə görə, Sinya Yamada səfirlikdən götürdüyü 1 milyon dollardan çox pulu kazinoda uduzduqdan sonra izi itirmək məqsədilə gecə səfirliyə gələrək orada yanğın törədib. Mənbə yazır ki, səfirliyin videkamerasına düşən kadrlara görə tutulan yaponiyalı diplomat etdiyi əməlləri inkar edir. Ancaq videokamerada gecə səfirliyə gələn adamın məhz Sinya Yamada olduğu sübut edilib. Axtarış zamanı onun evində boş benzin qabı aşkar edilib.Sonradan məlum olub ki, diplomat Kinşasadakı kazinonun daimi müştərisi imiş və o, burada uduzduğu pulları iş yoldaşlarından alırmış.Xatırladaq ki, səfirlikdəki yanğın yalnız bir mərtəbənin divarını və damını sıradan çıxarıb. Hadisə zamanı səfirliyin əməkdaşlarından xəsarət alan olmayıb. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti