Qırğızıstanla birbaşa hava reysi nə zaman olacaq? – AÇIQLAMA

Qırğızıstanla birbaşa hava reysi nə zaman olacaq? – AÇIQLAMA
Ötən gün Qırğızıstan Prezidenti Almazbek Atambayev ənənəvi olaraq ilin sonuna doğru ölkənin ən nüfuzlu KİV nümayəndələri ilə görüşərək, 2013-cü ilə yekun vurub və gələn il qarşıda duran vəzifələrdən danışıb.Bu barədə ANN.Az-a danışan “Türkel” qəzetinin baş redaktoru, həmvətənimiz Ramiz Məşhədihəsənli Prezidentlə görüşdə Azərbaycanla Qırğızıstan arasında birbaşa hava reysini qaldırdıqlarını bildirib.“Türkel” qəzeti olaraq bizim də bir neçə sorumuzu cavablandıran Prezident, "Türkdilli məmləkətlər olaraq yalnız Azərbaycanla Qırğızıstan arasında birbaşa hava əlaqəsi yoxdur. Bizə ünvanlanan çoxsaylı müraciətlərdə və oxucu sorğularında bu məsələyə Qırğız dövlətinin başçısı kimi Sizin münasibətinizi bilmək istərdik" sualımıza cavabında Atambayev dedi: "2014-cü ildə Qırğızıstana rəsmi səfəri planlaşdırılan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüzdə ilk müzakirə olunacaq məsələ kimi Bişkek-Bakı-Bişkek sərnişin təyyarəsinin işə salınması gündəmimizdədir... " – deyə A.Atambayev bildirib.SeymurANN.Az

Xəbər lenti