"Qızıl top"un sahibi müəyyənləşdi

 "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" ("Ballon d'Or") mükafatının təqdimetmə mərasimi keçirilib.

Ann.az xəbər verir ki, tədbirdə əvvəlcə ən yaxşı ən gənc futbolçu üçün mükafat sahibini tapıb. Yaşı 21-dək olan futbolçular üçün nəzərdə tutulan mükafatın ilk sahibi Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe olub.

Daha sonra ilk dəfə ən yaxşı qadın futbolçunun adı açıqlanıb. Bu, Norveç millisinin və "Lion" hücumçusu Ada Hegerberqdi.

Nəhayət, sonda tədbirin aparıcısı, Fransa yığmasının sabiq futbolçusu David Jinola dünyanın 180 ölkəsindən olan jurnalistlərin seçdiyi "Qızıl top"un sahibinin adını açıqlayıb. Bu, Xorvatiya millisinin və İspaniyanın "Real"ın yarımmüdafiəçisi Luka Modriçdi.

Səsvermədə Kriştiano Ronaldo (Portuqaliya, "Real"/"Yuventus") ikinci, Antoine Qrizmann ("Atletiko", Fransa) üçüncü olub. Kilian Mbappe (Fransa, PSJ) dördüncü, Lionel Messi (Argentina, "Barselona) beşinci pillədə yer alıb.  Beləliklə, karyerasında ilk dəfə bu mükafatı qazanan Luka Modriç 2008-ci ildən bəri davam edən Messi – Ronaldo hegemoniyasına da son qoyub.

Modriç 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının son qalibidi. 

www.ann.az

Xəbər lenti