"Qızıl Qlobus"un qalibləri müəyyənləşdi (FOTOLAR)

"Qızıl Qlobus" mükafatının qalibləri müəyyənləşib.

Ann.az CNN-ə istinadən xəbər verir ki, gecənin qalibi dünya şöhrətli rok ulduz Freddi Merkurinin həyatından bəhs edən "Bohemian Rhapsody" filmi olub və "Ən yaxşı dram filmi" seçilib. Freddi rolunun ifaçısı aktyor Rami Malek "Ən yaxşı dram aktyoru" nominasiyasında ilk yerə çıxıb. Aktrisa Qlenn Klouz "The Wife"dakı ifasına görə "Ən yaxşı dram aktrisası" mükafatına layiq görülüb.

Ötən ilin ən çox səs gətirən filmlərindən olan "Roma" "Xarici dildə ən yaxşı film", rejissoru Alfonso Kuaron isə "Ən yaxşı rejissor" mükafatını qazanıb. "Green Book" filmi "Ən yaxşı muzikal və ya komediya" mükafatına sahib çıxıb. 

Leydi Qaqa və Bredli Kuperin "A Star Is Born" filmində ifa etdikləri "Shallow" mahnısı "Ən orijinal mahnı" seçilib. 
 







www.ann.az

Xəbər lenti