Qızı danışdı: “Qarabağ”ın sahibi niyə intihar etdi? (FOTOLAR)

19 Avqust 2018, 14:00
19 Avqust
2018
14:00
2752
Qazaxıstanın paytaxtı Astana şəhərinin ətrafında, Karaqanda və Pavlodar vilayətlərini birləşdirən şosse yolunun kənarında yerləşən "Qarabağ” adlı kafesinin sökülməsinə dözməyən azərbaycanlı Mayor Əvəzovun özünü güllələyərək intihar etməsi bu ölkədə geniş rezonans doğurub.
"Tengrinews.kz” portalının müxbiri hadisə yerində olub və intihar edən azərbaycanlı-60 yaşlı Əvəzov Mayor Rəşid oğlunun qızı, 23 yaşlı Tünzalə Rəşidli və sahibkarın yas məclisinə toplaşan azərbaycanlılarla söhbətləşib.
Xatırladaq ki, bu faciə avqustun 16-da baş verib. Astana məhkəməsi kafenin yerləşdiyi torpaq sahəsinin dövlətə məxsus olduğunu əsas gətirərək obyektin sökülməsi haqda ötən il qərar çıxarıb. Əvəzov qərardan şikayət verib və uduzub. Nəhayət həmin gün məhkəmə icraçıları polisin müşaiyəti ilə kafeni sökməyə gəliblər. Bu vaxt Əvəzov kafenin yaxınlığındakı meşəyə çəkilərək özünü ov tüfəngindən vurub. Hadisə ilə bağlı intihara məcbur etmə maddəsi ilə cinayət işi qaldırılıb.
Sayt yazır ki, o qədər də böyük olmayan kafeni Mayor Əvəzov 2010-cu ildə tikmişdi. Qızının bildirdiyinə görə atası kafenin yerləşdiyi torpaq sahəsini icarəyə götürüb.
"Bu torpaq sahəsi 2015-ci ilə qədər bir şirkətə məxsus olub. Biz onu 2020-ci ilə qədər icarəyə götürmüşdük. Bütün sənədlərimiz, müqaviləmiz var. Vergiləri verirdik, hər şey necə lazımsa. Lakin 2015-ci ildə şirkətdən həmin torpaq sahəsini müsadirə ediblər, bizə heç kim bu barədə xəbər verməyib. Həmin vaxt tikili artıq mövcud idi. O, kafeni özü tikmişdi. Burada biz maşınla yol keçən adamlara yemək verirdik. Və özümüz də burada yaşayırdıq-mən, anam, atam” - intihar edən Əvəzovun qızı danışır.
Tünzalə bildirir ki, texnika kafeni sökməyə başlayandan bir az sonra atasının intihar etdiyini öyrənib. "Biz başa düşürdük ki, kafeni boşaltmaq lazımdır, amma xahiş etmişdik vaxt versinlər ki, əşyaları, avadanlığı daşıyaq. Baş prokurorluqda bizə sentyabrın 10-na qədər vaxt vermişdilər ki, əşyalarımızı çıxaraq. Amma buna baxmayaraq sökməyə başladılar”-o deyir.
Tünzalə danışır ki, atasının ov tüfənginin olduğunu bilmirdi. "Mən atəş səsi eşitmədim, sadəcə onu gördüm ki, adamlar oradan qaçır və "Öldü, öldü” deyə qışqırır”-o xatırlayır.
Faciənin baş verdiyi yerə Əvəzovun qohumları və tanışları toplaşıb. Yol kənarındakı kafedə yas məclisi qurulub, ehsan verilir. Əvəzovu doğulduğu Azərbaycanda dəfn edəcəklər.
"O, qaçqın idi. 90-cı illərdə Qazaxıstana gəlmişdi, onu rəsmən qaçqın kimi tanımışdılar, sonra vətəndaşlıq aldı...Əvvəllər onun Həştərxan şossesinin kənarında kafesi var idi, amma yandı. Sonra isə bu kafeni özü tikmişdi” - Əvəzovun qohumu Rabil Quliyev bildirir.
Sayt kafenin söküləməsi barədə videorolik də yayıb. Kadrlardan görünür ki, kafnn sahibi söküntü üçün gələnlərdən əşyaları çıxarmaq üçün vaxt istəyir, texnikanı dayandırmağı tələb edir. Əşyaları çıxarmaq üçün iki nəfərin içəri keçməsinə icazə verilir...
Mənbə: Virtualaz.org









www.ann.az
Xəbər lenti
-
18:42Sumqayıtda dəhşətli qəza: yaralananların sayı 30-u keçib (YENİLƏNİB/VİDEO)
-
17:59Nursultan Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərdi
-
17:49Prezident bu şəxslərin təqaüdünü artırdı - 300 manat
-
16:44Azərbaycanda yeni xəbər kanalı açıla bilər (RƏSMİ)
-
16:04Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasından iki il ötür
-
15:45Ordumuz Ermənistan PUA-sını məhv etdi (FOTO)
-
15:09Xankəndidən seçilən deputat: "İndi mən seçicilərimin qarşısına çıxım onlara nə deyim?"
-
14:54Bakıda məhkəmədə hakim və prokuror döyüldü
-
14:17Prezident yol tikintisinə 2,3 milyon manat ayırdı
-
13:55Avroliqanın finalına görə Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı
-
13:44Sabah hava necə olacaq?
-
13:22Asim Mollazadə Avstraliyada işgüzar səfərdədir (FOTOLAR)
-
13:10Professor Bayram Allahverdiyev vəfat etdi (FOTO)
-
12:34Rəsmi Vaşinqton Ermənstanın XİN başçısının ABŞ-a səfərini təxirə saldı
-
11:42Şeyx dünya liderlərinə müraciət etdi
-
11:34İlham Əliyev sərəncam imzaladı
-
11:14Prezident ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
-
10:50Deputatdan şad xəbər: “Hökumət problemli kreditlərlə bağlı qərar verəcək"
-
10:38DİM qəbul imtahanlarının vaxtını dəyişdi
-
21:33Leyla Əliyevanın sözlərinə yazılmış mahnıya videoçarx hazırlandı (VİDEO)
-
20:06Yüzlərlə tələbənin təhsil haqlarını dövlət ödəyəcək - TƏFƏRRÜAT
-
17:58Nazim Babayev: "Azərbaycana olimpiya medalı gətirəcəyəm"
-
17:56Milli Şuranın 23 fevral mitinqinə icazə verilmədi
-
17:03Vergilər Nazirliyindən 21 milyonluq sanksiya
-
16:37XİN-dən Elşad İskəndərovla bağlı bəyanat
-
16:12İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
-
14:48Seysmoloji Mərkəzdən açıqlama: Sabah 8 bal gücündə zəlzələ olacaq?
-
14:34Prezident teatr binasının təmirinə pul ayırdı
-
14:22Elçin Mustafayev: “Mayesiz qalan insanlarda böyrək daşının əmələ gəlmə ehtimalı olduqca yüksəkdir”
-
14:01Azərbaycan səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu
-
13:29İlham Əliyev bir sıra görüşlər keçirib (FOTOLAR)
-
13:15AZAL-ın təyyarəsi Ankaraya məcburi eniş etdi
-
13:13Sabah güclü külək əsəcək
-
12:22Ayağının amputasiya olunacağı deyilən Ramiz Əzizbəylidən şad xəbər (FOTOLAR)
-
11:40Martda bayramlarla əlaqədar 10 gün iş olmayacaq
-
10:56ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb
-
10:36Azərbaycanda uşaqlara Arenda, Təkər adları qoymaq istəyiblər
-
10:12Azərbaycan nefti ucuzlaşdı
-
10:09Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclası keçirilir
-
10:01Ramil Usubov yeni rəis təyin etdi
20 Fevral 2019
Digər xəbərlər
-
Cəmiyyət, Dünya, Fotolar, Vİdeo, Qaynari.nfo
"Lotu Quli"nin 3 adamı tutuldu (FOTO/VİDEO)
-
Cəmiyyət, Dünya, Fotolar, Vİdeo
Qara dənizdə azərbaycanlıların da olduğu gəmi batdı: 6 nəfər öldü (FOTO/VİDEO)
-
Cəmiyyət, Dünya, Fotolar
Azərbaycanlıların yaşadığı rayona əlavə polis qüvvələri cəlb olundu (FOTOLAR)
-
Cəmiyyət, Dünya, Fotolar
Qızı danışdı: “Qarabağ”ın sahibi niyə intihar etdi? (FOTOLAR)