Qırğızıstan Qazaxıstana nota verdi

Qırğızıstan Qazaxıstana nota verdi
Qırğızıstan hakimiyyəti Bişkekdəki Qazaxıstan səfirliyinə etiraz notası göndərib.

Ann.az xəbər verir ki, bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.

Notaya səbəb məşhur qırğız musiqiçi Vikram Ruzaxunovun bu ölkənin hakimiyyət orqanları tərəfindən saxlanmasıdır. 

Kamçıbek Taşiyevin sözlərinə görə, Qırğızıstan tərəfi Qazaxıstan hüquq-mühafizə orqanları əməkdaşlarının Qırğızıstanın "hörmətli vətəndaşı, musiqiçisi və ictimai xadimi”nə qarşı əsassız ittihamlarından narazı qalıb.

Taşiyev əminliklə bildirib ki, Qazaxıstanda saxlanılan qırğız musiqiçisi Vikram Ruzaxunov terrorçu ola bilməz:

"Çox güman ki, o, yanlış zamanda yanlış yerdə olub”.

Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan və iğtişaşlarda iştirakda ittiham olunan Ruzaxunov tez-tez Alma-Atada qastrol səfərində olub.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti