Qəzetə silahlı basqın

Qəzetə silahlı basqın

Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən “Liberation” qəzetinə silahlı basqın edilib.

Musavat.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, saat 13 radələrində qəzetə basqın edən şəxs əlindəki pompalı tüfənglə ətrafa atəş açmağa başlayıb.

Atəş nəticəsində qəzetin fotoqrafı sinəsindən iki güllə yarası alıb. Bundan sonra cinayətkar hadisə yerindən uzaqlaşıb. Baş verən hadisə ilə əlaqədar olaraq əraziyə polis qüvvələri cəlb edilib. Bütün əməliyat axtarış tədbirlərinə baxmayaraq cinayətkarı tutmaq mümkün olmayıb.

Polis Parisdə yerləşən bütün qəzetlərin redaksiyalarını nəzarət altına alıb.

Hadisə ilə bağlı xüsusi əməliyyat qrupu yaradılıb 

ANN.Az

Xəbər lenti