Qəzaya düşən iş adamı təcili olaraq DTX-nin hospitalına köçürüldü

Qəzaya düşən iş adamı təcili olaraq DTX-nin hospitalına köçürüldü
Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov gecə saatlarında yenidən əməliyyata alınıb.

Bu barədə oxu.az-a Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının mətbuat katibi Günel Aslanova məlumat verib. 

Onun sözlərinə görə, xəstə gecə saatlarında Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb və dərhal əməliyyat olunub.

"Onun həkimi isə Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunun Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli olaraq qalıb. Köçürüldüyü xəstəxanada gecə saatlarında əməliyyat edilib. Hazırda vəziyyəti stabildir. Həkim nəzarətində saxlanılır”.

Xatırladaq ki, Hacı Mazan iyulun 2-də Neftçalada ağır yol qəzasına düşüb. Ona bədənin çoxsaylı sınığı diaqnozu qoyulub. Bundan başqa, iş adamının ağciyərləri ciddi zədə alıb. Qəzadan sonra əməliyyat olunan R.Zeynalovun növbəti əməliyyata ehtiyacının olduğu, lakin vəziyyətinin buna imkan vermədiyi bildirilirdi.

www.ann.az

Xəbər lenti