Qərbi Azərbaycanda zəlzələ nəticəsində yaralananların sayı 75 nəfərə çatdı (YENİLƏNİB)

Qərbi Azərbaycanda zəlzələ nəticəsində yaralananların sayı 75 nəfərə çatdı (YENİLƏNİB)
İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 75 nəfərə çatıb.

Ann.az xəbər verir ki, bunu Xoy şəhər Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Möctabı Kamari bildirib.
 
13.46

İranda baş verən güclü zəlzələ zamanı bir neçə nəfər xəsarət alıb.

Ann.az xəbər verir ki, Qərbi Azərbaycan əyalətində təbii fəlakət zamanı 25 nəfər yaralanıb. Bu barədə İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü Müctəba Xalidi məlumat verib. 

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari isə yaralılardan birinin vəziyyətinin ağır olduğunu qeyd edib. İran mətbuatının məlumatına görə, zəlzələ 43 kənddə evlərə ciddi zərər vurub. 

www.ann.az

Xəbər lenti