"Qəbələ"nin UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşdi

UEFA Gənclər Liqasının Çempionlar Yolunda çıxış edəcək "Qəbələ” klubunun rəqibləri müəyyənləşib. 

Ann.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi yarışa vəsiqə qazanan "qırmızı qaralar” I mərhələdə Moldova "Şerif"i ilə qarşılaşacaq. İlk oyun oktyabrın 3-də Qəbələdə, cavab görüşü oktyabrın 24-də Tiraspolda keçiriləcək. 

"Qəbələ" "Şerif" səddini adlayacağı təqdirdə, "Herta" (Almaniya) - "Lex" (Polşa) cütünün güclüsü ilə qarşılaşacaq. İlk oyun noyabrın 7-də Qəbələdə, cavab görüşü noyabrın 28-də səfərdə keçiriləcək. 

I mərhələ

"Altınordu” (Türkiyə) - HİK (Finlandiya)
"Jilina” (Slovakiya) - "Monpelye” (Fransa)
"Bazel” (İsveçrə) - "Hemilton Akademikal” (Şotlandiya)
"Dinamo” (Kiyev, Ukrayna) - "Septemvri” (Bolqarıstan)
"Elfsborq” (İsveçrə) - "Reykavik” (İslandiya)
"Anderlext” (Belçika) - "Admira Vakker” (Avstriya)
"Mityullan” (Danimarka) - "Bohemian” (İrlandiya)
"Çelsi” (İngiltərə) - "Mölde” (Norveç)
AEL (Kipr) - PAOK (Yunanıstan)
"Siqma” (Çexiya) - "Maribor” (Sloveniya)
"Qəbələ” (Azərbaycan) - "Şerif” (Moldova)
"Herta” (Almaniya) - "Lex” (Polşa)
"Astana” (Qazaxıstan) - "Vlajniya” (Albaniya)
"Anji” (Rusiya) - "Makkabi” (Təl-Əviv, İsrail)
"Viitorul” (Rumıniya) - "Dinamo” (Zaqreb, Xorvatiya)
"Minsk” (Belarus) - "İlleş Akademiya” (Macarıstan)

II mərhələ

"Anderlext” (Belçika) - "Admira Vakker” (Avstriya) / "Dinamo” (Kiyev, Ukrayna) - "Septemvri” (Bolqarıstan)
"Mityullan” (Danimarka) - "Bohemian” (İrlandiya) / "Bazel” (İsveçrə) - "Hemilton Akademikal” (Şotlandiya)
"Altınordu” (Türkiyə) - HİK (Finlandiya) / "Jilina” (Slovakiya) - "Monpelye” (Fransa)
"Elfsborq” (İsveçrə) - "Reykavik” (İslandiya) / "Çelsi” (İngiltərə) - "Mölde” (Norveç)
AEL (Kipr) - PAOK (Yunanıstan) / "Minsk” (Belarus) - "İlleş Akademiya” (Macarıstan)
"Qəbələ” (Azərbaycan) - "Şerif” (Moldova) / "Herta” (Almaniya) - "Lex” (Polşa)
"Astana” (Qazaxıstan) - "Vlajniya” (Albaniya) / "Viitorul” (Rumıniya) - "Dinamo” (Zaqreb, Xorvatiya)
"Siqma” (Çexiya) - "Maribor” (Sloveniya) / "Anji” (Rusiya) - "Makkabi” (Təl-Əviv, İsrail)

www.ann.az

Xəbər lenti