"Qəbələ" "Borussiya"ya uduzdu - FOTOLAR

Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən "Qəbələ” də növbəti oyununa çıxıb.

Roman Qriqorçukun komandası Bakıda Almaniya nəhəngi "Borussiya”nı (Dortmund) qəbul edəcək.

Dortmund klubu bizə tanış rəqibdir. 2010-cu ildə Avropa Liqasında "Qarabağ”la qarşılaşan Almaniya təmsilçisi hər iki oyunda qələbə qazanaraq mərhələ adlamışdı.

Avroliqanın son beş oyununda qapısından top buraxmayan "Qəbələ” bu gün də bu uğurlu seriyanı davam etdirməyə çalışacaq.

22 oktyabr

Avropa Liqasının qrup mərhələsi, III tur

 C qrupu

20:00. "Qəbələ” – "Borussiya” (Dortmund, Almaniya) - 1:3Qollar: Obameyanq, 31 (0:1), 38 (0:2), 72 (0:3), Dodo, 90+3 (1:3)
Baş hakim: İvan Bebek (Xorvatiya)
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Bakı. 8-ci kilometr qəsəbə stadionu


"Qəbələ”: Dmitri Bezotosnı, Stankoviç,  Vitali Vernidub,  Arif Daşdəmirov, Rikardinyo, Aleksey Qay, Sergey Zenyov (Ermin Zets, 79),  Meza Kolli ( Rəşad Sadiqov, 83), Fakunda Pereyra ( Samir Zərgərov, 60), Dodo (k), Aleksey Antonov

Ehtiyat oyunçular:  Pietrzkieviç, Urfan Abbasov,  Elvin Camalov,Məhəmməd Mirzəbəyov

"Borussiya": Vaydenfeller, Park ( Şmelzer, 69), Hummels (k) (Pişçek, 63), Papastathopulos, Qinter, Vayql, Yonas Hofmann, İlkay Gündoğan (Bender, 63), Roys, Kagava, Obameyanq

Ehtiyat oyunçular: Bürki,  Yanuzay, Kastro, Ramos
 
Foto: Ehtiram Jabi
 


























Tərəfdaşların xəbərləri

Xəbər lenti