"Qəbələ" "Borussiya"ya böyük hesabla uduzdu

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir.


Qol.Az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən "Qəbələ” də növbəti matçına çıxıb.

Roman Qriqorçukun komandası səfərdə Dortmund "Borussiya”sı ilə qarşılaşıb.

Bakıda keçirilən ilk görüşdə  bu rəqibinə 1:3 hesabı ilə uduzan "Qəbələ”  bu dəfə də məğlub olub - 0:4.


5 noyabr

Avropa Liqası, qrup mərhələsi

C qrupu

22:00. "Borussiya” – "Qəbələ” - 4:0  
Qol: Marko Roys, 28 (1:0), Obameyanq, 45 (2:0), Zenyov, 66-avtoqol (3:0), Mxitaryan, 79 (4:0)
Baş hakim: Sebastyan Delferier
Hakim köməkçiləri: İv de Neve, Rien Vanizere (hamısı Belçika)
Dortmund. BVB stadionu


"Borussiya": Vaydenfeller,  Hummels (k),  Pişçek, Qinter (İlkay Gündoğan, 62), Şmelzer, Vayql, Sven Bender, Mxitaryan, Roys (Yanuzay,46), Kastro, Obameyanq (Ramos, 68)

Ehtiyat oyunçular: Bürki, Park, Subotiç,  Kagava

"Qəbələ”:  Pietrzkieviç, Stankoviç,  Vitali Vernidub,  Arif Daşdəmirov, Rikardinyo, Rafael Santos, Aleksey Qay, Sergey Zenyov (Samir Zərgərov, 86),  Meza Kolli ( Elvin Camalov, 76),Dodo (k), Aleksey Antonov ( Fakunda Pereyra, 68)

Ehtiyat oyunçular: Popoviç, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Floresku



www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti