Qazaxıstanda silah-sursat anbarında partlayış: şəhər təxliyyə edilir

Qazaxıstanda silah-sursat anbarında partlayış: şəhər təxliyyə edilir
Qazaxıstanın cənubundaki Türküstan vilayətinin Arıs şəhərindəki silah-sursat anbarında partlayış meydana gəlib.

Ann.az İzvestiya.ru-ya istinadən xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb. Hadisə yerinə təhlükəsizlik əməkdaşları və yanğınsöndürənlər cəlb edilib.

43 minə yaxın əhalisi olan Arıs şəhərinin evakuasiyasına başlanılıb. Rəsmilərin məlumatına görə, partlayış və yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

www.ann.az

Xəbər lenti