Qazaxıstan prezidenti hökumətin istefasını qəbul etdi

Qazaxıstan prezidenti hökumətin istefasını qəbul etdi
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib.

Ann.az-ın məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir.

Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Qazaxıstanın Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilib.

Hazırda Ə. Smailov baş nazirin birinci müavini vəzifəsini tutur. Əvvəlki hökumət ötən ilin yanvarında Milli Məclisə - respublika parlamentinin aşağı palatasına seçkilərdən sonra təsdiq edilib.

O zaman, Əsgər Mamin yenidən Nazirlər Kabinetinin rəhbəri təyin edilmişdi. O, bu vəzifəni 2019-cu ilin fevral ayından tuturdu.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti