Qazax sakini minaya düşərək həlak oldu

Qazax sakini minaya düşərək həlak oldu
Qazax rayon sakini minaya düşərək ölüb.

Bu barədə Ann.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb. 

Belə ki, rayonun Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Məmməd Mərdanov rayonun Bala Cəfərli kəndində minaya düşərək həlak olub.

Faktla bağlı araşdırma aparılır.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti