"Qarabağ"ın pley-offdakı potensial rəqibləri bilindi

Bu gün Çempionlar Liqasında  pley-off mərhələsinin püşkü atılıb. 

Ann.az xəbər verir ki, UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə 3-cü mərhələdə mübarizə aparacaq APOEL - "Qarabağ” cütünün qalibinin potensial rəqibləri də müəyyənləşib. 

Səpələnməmişlər səbətində yer alan cütlüyün qalibi  PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Çempionlar Liqası
Pley-off mərhələsi
 
APOEL (Cənubi Kipr) – Qarabağ (Azərbaycan) cütünün qalibi // PAOK (Yunanıstan) - Ayaks (Hollandiya) cütünün qalibi


www.ann.az

Xəbər lenti