Qarabağa marşrut xətləri açılır: İlk istiqamətlər müəyyən olundu

Qarabağa marşrut xətləri açılır: İlk istiqamətlər müəyyən olundu
İşğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası işləri davam etdirilir. Bu ərazilərə investisiya yatırmaq istəyən sərmayədarların sayı da artır.

İlk olaraq hansı ərazilərə avtobus xətləri açılacaq? Nəqliyyat xətləri yenidən qurulacaq?

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev məlumat verib. O bildirib ki, daşıyıcıların müəyyənləşdirilməsi üçün müsabiqələr keçiriləcək:

"Həmin ərazilərdə təxminən 22 avtomobil nəqliyyatı təsərrüfatı olub. Bu səbəbdən də biz avtomobil nəqliyyatı infrastrukturunu tamamilə yenidən quracağıq. Artıq bu istiqamətdə işlərə start verilib.

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Ağdam, Xocavənd rayonlarının əraziləri, eləcə də Şuşa şəhəri üzrə müəyyən araşdırmalar həyata keçirilib. Orada avtomobil nəqliyyatı infrastrukturunun qurulması üçün təkliflər hazırlamışıq. Bu proses məskunlaşmaya uyğun olaraq aparılacaq”.

"Füzuliyə yaxın olan Horadiz şəhərindən Cəbrayıl-Qubadlı-Zəngilan istiqamətində marşrutlar nəzərdə tutmuşuq. Eyni zamanda Ağdamdan Şuşa istiqamətinə marşrut xəttinin olması gözlənilir. Gəncə, Yevlax, Beyləqan, Bərdə şəhərlərindən və Bakı şəhərindən müxtəlif istiqamətlər üzrə birbaşa marşrutlar təmin olunacaq”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti